Niderland hökuməti uşaqpuluna görə istefa verir

Niderland hökuməti uşaqpuluna görə istefa verir

Hazırda oxunan: Niderland hökuməti uşaqpuluna görə istefa verir

8626

Niderlandın Baş naziri Mark Ruttenin rəhbərlik etdiyi hökumət istefaya gedir.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin "NOS” telekanalı məlumat yayıb.

Məlumat görə, uşaqlara verilən müavinətlərlə bağlı yaranmış qalmaqal bu addımı atmağa səbəb olub.

Baş nazirin Kral Villem-Aleksandra istefa ərizəsi təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, ölkənin vergi xidmətinin səhvən fırıldaqçı adlandırmasından və uşaqlar üçün nəzərdə tutulmuş pulun büdcəyə qaytarmalarını tələb etdikdən sonra yüzlərlə valideyn ciddi maddi problemlərlə üzləşib. Bəzi hallarda təxminən on min avrodan söhbət gedirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO