Ukrayna prezidentinin ofisi Ukrayna Silahlı Qüvvələrinin Antonovski körpüsünə hücumları fonunda rus qoşunlarını Xersonu tərk etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.
“Nadir bir quş Dnepr çayının ortasından havaya qalxacaq. Əlbəttə ki, Antonovski körpüsünü Ukrayna raketlərini tutan bilən rusiyanın hava hücumundan müdafiə vasitəsi adlandıra bilərsiniz. Reallıqdan qaçmaq çətindir. İşğalçılar Dnepr çayında üzməyi öyrənməlidirlər. Hələlik imkanınız var, Xersonu tərk edin. Üçüncü xəbərdarlıq olmaya bilər”, - Podolyak qeyd edib.
Bizim.Media
Рідкісна птиця ВИЛЕТИТЬ із середини Дніпра. Можна, звісно, назвати Антонівський міст засобом ru-ППО, що перехоплює ua-ракети, але від реальності не втечеш: окупантам варто вчитися вплав перетинати Дніпро. Або залишити Херсон, поки є змога. Третього попередження може не бути.
— Михайло Подоляк (@Podolyak_M) July 27, 2022