Britaniyalı aparıcı Kate McCann Baş nazirliyə namizədlər Rişi Sunak və Liz Truss arasında canlı debat zamanı huşunu itirib.
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, Mühafizəkarlar Partiyasının yeni lideri və ölkənin yeni Baş naziri olmaq üçün yarışan iki namizəd, keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Truss "TalkTV"-də canlı yayımda üz-üzə gəliblər.
Kate McCann tərəfindən idarə olunan debat aparıcının yerə yıxılması ilə kəsilib.
Bizim.Media