İki freqat - Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “Yavuz” və “Yıldırım” Bosfor boğazından keçərək Qara dənizə keçib.
Bizim.Media xəbər verir ki, bu barədə Boğaziçi boyunca hərəkəti müşahidə edən Yörük Işık “Twitter” səhifəsində məlumat verib.
“Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “Yavuz” sinifli MEKO 200TN Track I və Yıldırım F243 freqatları Bosfor boğazından Qara dənizə doğru keçdi”, - deyə Işık yazıb.
Qeyd edək ki, iyulun 22-də İstanbulda Ukrayna, Türkiyə, BMT və Rusiya arasında dördtərəfli görüş nəticəsində Ukrayna limanlarından taxıl və digər ərzaq məhsullarının ixracına dair razılaşmalar əldə olunub.
“Taxıl dəhlizləri”nin monitorinqi üzrə Birgə Koordinasiya Mərkəzi artıq işə başlayıb.
Bizim.Media
Turkish Navy Yavuz class MEKO 200TN Track I frigate TCG Yıldırım F243 transited Bosphorus towards the Black Sea. @egetulca #ÇağdaşSavaşçı. pic.twitter.com/cMTwOuXnni
— Yörük Işık (@YorukIsik) July 26, 2022