Mühafizəkarlar Partiyasının üzvləri Boris Consondan nəyi xahiş etdilər?

Mühafizəkarlar Partiyasının üzvləri Boris Consondan nəyi xahiş etdilər?

Hazırda oxunan: Mühafizəkarlar Partiyasının üzvləri Boris Consondan nəyi xahiş etdilər?

85200

İngiltərədə Mühafizəkarlar Partiyasının üzvləri Boris Consonun liderlik yarışına qatılmasını istəyir.

Bizim.Media xəbər verir ki, 2000-dən çox üzv partiyaya maliyyə yardımı edən Lord Kruddas və keçmiş deputat Devid Kempbell-Bannermanın hazırladığı kampaniyaya dəstək olub.

Onlar Consonun liderlik yarışında iştirakının tərəfdarıdırlar.

Mövzu ilə bağlı danışan Lord Kruddas 2019-cu ildə üzvlərin seçiminin Boris Conson olduğunu deyib. O bildirib ki, belə olarsa partiya üzvləri prosesdən qopmadıqlarını hiss edəcəklər.

Həmçinin Lord Kruddas keçən həftə partiyaya verdiyi maliyyə dəstəyini geri çəkə biləcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Baş nazir Boris Conson iyulun 7-də istefa verib və hazırda bu post üçün sabiq maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trass mübarizə aparır. Partiyanın yeni lideri sentyabrın 5-də bəlli olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO