İsrail qırıcıları dünən gecə Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı ərazilərə bir sıra hava zərbələri endirib.
Bizim.Media “siasat.com” a istinadən xəbər verir ki, hava hücumu nəticəsində 3 əsgər ölüb, 7-si yaralanıb.
Yerli məlumatlara görə, həm Suriya paytaxtında, həm də İsrailin şimalında güclü partlayış səsləri eşidilib.
Aviazərbələr, həmçinin Dəməşqin Sayeda-Zeynab rayonunda yerləşən və İrana məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı istehsalı üzrə müəssisəyə də endirilib. Zərbə nəticəsində İrana məxsus olan silah anbarı tamamilə məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:32 / 23.07.2022
İsraildən Dəməşqə Hava hücumu: İrana məxsus silah anbarı məhv edildi
Hazırda oxunan: İsraildən Dəməşqə Hava hücumu: İrana məxsus silah anbarı məhv edildi
Hazırda oxunan: İsraildən Dəməşqə Hava hücumu: İrana məxsus silah anbarı məhv edildi
85035
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.