Ukrayna XİN-dən Xameneiyə CAVAB  

Ukrayna XİN-dən Xameneiyə CAVAB  

Hazırda oxunan: Ukrayna XİN-dən Xameneiyə CAVAB  

84783

Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin başlanğıcından bəri İran açıq şəkildə neytrallığını elan edib, atəşkəs, siyasi və diplomatik həlli müdafiə edib. 

Bizim.Media “ukinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin(XİN) sözçüsü Oleq Nikolenkonun bəyanatında bildirilib. 

O vurğulayıb ki, Rusiyanın təcavüzkar hərəkətlərinə göz yummaq onu Ukrayna xalqına qarşı səbəbsiz müharibəni davam etdirməyə təşviq etməklə yanaşı, həm də dünyanın digər regionlarında sülh və təhlükəsizliyin pozulmasına zəmin yaradır. 

Nikolenko qeyd edib ki, Ukrayna tərəfi İran rəhbərliyinin ritorikasının dəyişməsindən narahatdır. 

“Rusiya Federasiyasına hücumun hazırlanması ilə bağlı hər hansı ittiham əsassız və manipulyasiyadır. Biz İran tərəfini Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünü qızışdıracaq bəyanatlardan və ya addımlardan çəkinməyə çağırırıq”, - XİN rəsmisi vurğulayıb. 
Qeyd edək ki, İranın Ali Rəhbəri Seyid Əli Xamenei iki gün əvvəl Tehranda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib ki, əgər NATO-nun qarşısı alınmasaydı, onlar bir müddət sonra Krımı bəhanə edərək müharibəyə başlayacaqdılar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO