Moderator.az-ın verdiyi xəbərə görə, TİKA ilə Hayrat İnsani Kömək Dərnəyi, Afrika ölkələrinə 1 milyon Quran-i Kərim paylayacaq.
Hayrat İnsani Kömək Dərnəyi Başçısı Haqqı Aygün, Sudanda təşkil edilən mərasimdə etdiyi çıxışında, Afrika ölkələrinə 1 milyon Quran-i Kərim paylayacağını dilə gətirərək, Türkiyədə nəşr olunan 50 min Quran-i Kərimin Sudana çatdığını və bəzi Afrika ölkələrində paylandığını qeyd edib.
Aygün, geriyə qalan qisimin də 3 il ərzində paylanacağını bildirib. Işlərinin insani yardımlarla məhdud olmadığını söyləyən Aygün, "Getdiyimiz hər yerə İslam mədəniyyəti və sivilizasiyasının məşəlini daşımağa çalışırıq" deyib.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başçılığı (TİKA) Sudan koordinatoru Yahya Acu da TİKA-nın, inkişaf proqramlarıyla fəaliyyətdə olduğu ölkələrlə Türkiyə arasındakı əlaqələri gücləndirməyə çalışdığını izah edib.
Türkiyənin Hartum səfirliyi işçilərindən Mehmet Tan da Sudanın Afrika ölkələrinin qapısı olduğunu və bu səbəblə əlaqələri daha çox gücləndirməyə çalışdıqlarını ifadə edib.






























































































