Ağ Ev ABŞ prezidenti Co Baydenin onda xərçəng aşkarlanması ilə bağlı sözlərinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts Twitter-də paylaşım edib.
Onun sözlərinə görə, dövlət başçısı ondan əvvəllər çıxarılan melanoma olmayan dəri şişlərini nəzərdə tutur.
Beyts “Washington Post”un redaktoru Glenn Kesslerin mikrobloq yazısını nümunə gətirərək "Prezident bunu nəzərdə tuturdu" sözlərini yazıb.
Jurnalist Baydenin əvvəllər dərc olunmuş tibbi hesabatına işarə edib.
O xatırladıb ki, prezident olmamışdan əvvəl də Baydenin dərisindən melanoma olmayan şişlər çıxarılıb.
Bizim.Media