Rusiya Ukraynada hərbi əməliyyatların coğrafiyasını dəyişib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada hərbi əməliyyatın coğrafi vəziyyətinin dəyişdiyini bildirib.
Bizim.Media xəbər verir ki, nazir bunu Rusiyanın RİA Novosti agentliyinə müsahibəsində söyləyib.
O deyib ki, indi artıq Donetsk və Luqansk deyil, digər ərazilər, o cümlədən Xerson və Zaporojets vilayətləri də nəzərdən keçirilir.
S.Lavrovun sözlərinə görə, Qərb Ukraynaya uzaqmənzillli silahlar verərsə, hərbi əməliyyatların coğrafi vəzifələri indiki xətdən daha irəli çəkiləcək.
Bizim.Media