Ceki Çan Suriyanın dağılmış şəhərlərində film çəkəcək

Ceki Çan Suriyanın dağılmış şəhərlərində film çəkəcək

Hazırda oxunan: Ceki Çan Suriyanın dağılmış şəhərlərində film çəkəcək

84560

68 yaşlı Honq-Konqlu aktyor və rejissor Ceki Çan Çin diplomatlarının evakuasiyasına həsr olunmuş filmin icraçı prodüseri olub.

Bizim.Media Lenta.ru-ya istinadən xəbər verir ki, Çin hökumətinin sifarişi ilə “Ev əməliyyatı” adlı filmdə vətəndaş müharibəsinin getdiyi qondarma Poman ölkəsində baş verən hadisələr göstəriləcək. Məlumata görə, sui-qəsdin əsasını 2015-ci ildə Yəməndə baş verən iğtişaşlar təşkil edib.

“Film insan talelərindən bəhs edir, süjet Çin hökumətinin diplomatlarını və digər vətəndaşlarını, habelə vətəndaş müharibəsinin baş verdiyi müəyyən bir Yaxın Şərq ölkəsindən əcnəbiləri necə evakuasiya etməsi ətrafında qurulub”.

Filmin çəkilişində iştirak edən “Art Maker Production” təşkilatının direktoru Ziyad Əli belə deyib.

O, əlavə edib ki, layihənin 40 faizi Suriya şəhərlərində çəkiləcək. Filmin prodüserləri bunun üçün müharibədən əziyyət çəkən əraziləri və Yaxın Şərq kaloritini axtarıb. Suriya isə belə uyğun “kamera dekorasiyası”na və “texniki imkanlara” malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO