Türkiyə, Rusiya və İran liderlərinin ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLDİ - VİDEO

Türkiyə, Rusiya və İran liderlərinin ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLDİ - VİDEO

Hazırda oxunan: Türkiyə, Rusiya və İran liderlərinin ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLDİ - VİDEO

84525

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü keçirilir.

Bizim.Media TRT-yə istinadən xəbər verir ki, zirvə görüşündə hər üç prezident çıxış edib.

Sözügedən münaqişədən ən çox zərər görən ölkə olaraq Türkiyə lideri bildirib ki, Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir:

"Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir.
PKK, PYD, YPG terroru hamımızın ortaq problemidir. Mən inanıram ki, biz birlikdə bu məqsədlərə nail olacağıq. Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO