Putin Ərdoğana təşəkkür etdi - Tehranda TARİXİ GÖRÜŞ - VİDEO

Putin Ərdoğana təşəkkür etdi - Tehranda TARİXİ GÖRÜŞ - VİDEO

Hazırda oxunan: Putin Ərdoğana təşəkkür etdi - Tehranda TARİXİ GÖRÜŞ - VİDEO

84514

İranın paytaxtı Tehranda Astana prosesi çərçivəsində Suriya məsələsi üzrə zirvə toplantısı keçirilir.

Bizim.Media xəbər verir ki, zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında münasibətlər və regional məsələlər müzakirə edilib. Putin Ukrayna taxılının ixracına vasitəçilik etdiyinə görə Ərdoğana təşəkkür edib.

Ukrayna ilə danışıqlara toxunan Türkiyə Prezidenti isə vurğulayıb ki, son İstanbul görüşlərində Rusiya nümayəndə heyətinin yanaşmasını çox müsbət hesab edir.

“Buradan alacağımız nəticə bütün dünyaya müsbət təsir edəcək. Şəxsən mən və nümayəndə heyətim adından sizə çox təşəkkür etmək istərdim. Ümid edirəm ki, görüşlərimiz səmərəli olacaq”, - deyə Ərdoğan bildirib.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO