Son vaxtlar Rusiya və Ukrayna arasında müharibənin ikinci mərhələsinin başlayacağı ilə bağlı xəbərlər yayılmaqdadır.
Maraqlıdır, Qərbin hərbi
yardımından məhrum olan Ukrayna Rusiyaya qarşı müharibədə uğur əldə edə bilərmi?
Bununla bağlı
Moderator.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev Qərbin silah yardımının
belə bu məsələdə nəyisə dəyişə bilməyəcəyini vurğuladı:
“Qərb Ukraynaya hərbi
yardım göstərsə belə, bu, Ukrayna-Rusiya qarşıdurmasının nəticəsinə təsir göstərə
bilməz. Əksinə, belə olarsa, Rusiya Ukraynaya daha ağır, daha ölümcül zərbələr
vura bilər. Buna görə də Qərbin Ukraynaya göstərə biləcəyi hərbi yardımın
Ukraynaya yaxşı nə verəcəyini düşünmürəm”x9d.
Seymur Əliyev




























































































