Boris Conson qırıcı təyyarə ilə uçdu - VİDEO

Boris Conson qırıcı təyyarə ilə uçdu - VİDEO

Hazırda oxunan: Boris Conson qırıcı təyyarə ilə uçdu - VİDEO

84299

Böyük Britaniyanın Baş nazirinin ofisi Boris Consonun "Tayfun" döyüş təyyarəsinin kabinasında çəkdiyi videonu yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Sky News” nəşrində yerləşdirilib. 

Video ötən həftə təyyarədə yanacaq doldurma təlimi zamanı mobil telefonla çəkilib və yalnız bu gün yayımlanıb.

Görüntülərdə Consonun uçduğu döyüş təyyarəsindən çox aralıda olmayan başqa bir təyyarənin havada yanacaq doldurduğu görünür.

Conson bu gün Farnboroda keçirilən “Airshow”da çıxış edəcək.

Xatırladaq ki, Britaniyanın mühafizəkar deputatları bazar ertəsi İcmalar Palatasında Mühafizəkarlar Partiyasının lideri vəzifəsinə namizədlər üçün səsvermənin üçüncü turunu keçirəcəklər.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO