Zelenski: “Bu, Rusiya üçün sözün əsl mənasında qiyamət günü olacaq”

Zelenski: “Bu, Rusiya üçün sözün əsl mənasında qiyamət günü olacaq”

Hazırda oxunan: Zelenski: “Bu, Rusiya üçün sözün əsl mənasında qiyamət günü olacaq”

84147

“Rusiya çoxdan terrorçu dövlət statusuna və Ukraynaya təcavüzü ilə bağlı mütləq baş verəcək xüsusi tribunala doğru irəliləyir”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 17-də axşam çıxışında deyib.

Dövlət başçısı Rusiyanın Ukrayna ilə bağlı qınaqlarına belə reaksiya verib.

“Bu gün Rusiyadan Ukraynanın “qiyamət günü” ilə bağlı aydın olmayan bəyanat verildi. Düzdür, heç kim bunu hədə-qorxu kimi qəbul etmir,  amma Ukrayna Donbası səmasında Malayziyanın Boeing təyyarəsinin məhv edilməsinin növbəti ildönümündə Rusiya tərəfindən bunu demək həyasızlıqdır. Açıq-aşkar terror aktı nəticəsində 298 nəfər (80 uşaq, 10 ölkənin vətəndaşı) həlak olub”, - deyə prezident bildirib.

O, əlavə edib ki, hələ o zaman Rusiya bu yolla terrorçu dövlət statusuna və Ukraynaya təcavüzü ilə bağlı mütləq baş verəcək xüsusi tribunala gedirdi.

“Bu, Rusiya üçün məcazi mənada deyil, sözün əsl mənasında qiyamət günü olacaq”, - Zelenski vurğulayıb.

Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xəbərdarlıq edib ki, Krıma Kiyevdən hücum təhdidləri reallaşarsa, Ukrayna üçün dərhal “qiyamət günü” gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO