Respublikaçılar Senatı toplamaqdan imtina etdilər - Trampın impiçmenti alınmayacaq

Respublikaçılar Senatı toplamaqdan imtina etdilər - Trampın impiçmenti alınmayacaq

Hazırda oxunan: Respublikaçılar Senatı toplamaqdan imtina etdilər - Trampın impiçmenti alınmayacaq

8406

Respublikaçılar Partiyasının Senatdakı lideri Mitç Makkonnell Co Baydenin andiçmə mərasimindən əvvəl Donald Trampın impiçmenti məsələsini nəzərdən keçirmək üçün Konqresin yuxarı palatasının iclasını çağırmaqdan imtina edib.
 

MÖVZU İLƏ BAĞLI:

Trampın impiçmenti üzrə müzakirələr başladı - Nümayəndələr Palatasında


Bizim.Media xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Senat yanvarın 19-da Co Baydenin vəzifə səlahiyyətinin icrasına başlamasından bir gün əvvəl tətilə gedəcək.

Nəşr Makkonnelin nümayəndələrinə istinadən bildirib ki, o, "cümə günü və ümumiyyətlə 19 yanvara qədər" yuxarı palatanın üzvlərini yığmaqdan imtina edib. 

Beləliklə, demokratların planı Trampı səlahiyyətlərinin başa çatmasına qədər vəzifədən kənarlaşdırmaqdan ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO