Consonun yerinə 11 namizəd – Onların Rusiyaya qarşı MÖVQEYİ   

Consonun yerinə 11 namizəd – Onların Rusiyaya qarşı MÖVQEYİ   

Hazırda oxunan: Consonun yerinə 11 namizəd – Onların Rusiyaya qarşı MÖVQEYİ   

83399

Xəbər verdiyimiz kimi, Boris Consonun Mühafizəkarlar partiyasının sədrliyindən və Böyük Britaniyanın Baş naziri postundan istefa verməsindən sonra onun yerinə yeni şəxslər öz namizədliklərini irəli sürüblər.  

Bizim.Media xəbər verir ki, Rusiya mətbuatı həmin namizədlərin kimliyini və onların rəsmi Moskvaya qarşı mövqelərini araşdırıb:  

1. Xarici işlər naziri Liz Truss: Baş nazir kimi "Rusiya üzərində qələbəyə" nail olmaq niyyətindədir. Lakin hələ fevral ayında o, regionun geosiyasi vəziyyətindən bixəbər olduğunu açıqlamalarında nümayiş etdirib. Belə ki, Trass Rusiyanın Rostov, Don və Voronej (Rusiyanın bölgələri) üzərində suverenliyini tanımayacağını açıqlamışdı.  

2. Keçmiş xarici işlər naziri Ceremi Hant: Consonla yaşanan qalmaqallardan sonra o, baş nazir kimi seçicilərin “etimadını bərpa etmək” istəyir və Rusiyanı demokratik dəyərlərə qarşı əsas təhlükələrdən biri hesab edir"  

3. İcmalar Palatasının Komitəsinin sədri Tom Tugendhat: Ukraynada Rusiya xüsusi əməliyyatı başlayandan sonra o, bütün Rusiya vətəndaşlarını ölkədən qovmağı təklif etdi, lakin namizədliyini elan etdikdən sonra geri çəkildi və bildirdi ki, söhbət yalnız rusların müəyyən kateqoriyalarından gedirdi.  

4. Səhiyyə Nazirliyinin keçmiş rəhbəri və iş adamı Sacid Cavid: Baş nazir olduqdan sonra vergiləri azaldacağını açıqlayıb və Rusiyanın NATO-ya hücum ehtimalının çox az olduğunu bildirib.  

5. Yeni Maliyyə Naziri və yarışda iştirak edən ən zəngin şəxs Nadhim Zahavi: Mart ayında verdiyi açıqlamada Rusiyada hakimiyyəti dəyişdirməyin rusların öhdəsində olduğunu bildirib və ehtiyatlı siyasəti ilə tanınır.  

6. Keçmiş Maliyyə Naziri və Britaniya siyasətində başqa bir pul çantası olan Rishi Sunak: Britaniya şirkətlərini maksimum iqtisadi zərər vurmaq üçün Rusiyaya investisiya qoymağı dayandırmağa çağırması ilə tanınır.  

7. Qadın məsələləri üzrə keçmiş nazir müavini Kemi Badenok: Liberal anlayışların əleyhdarı, Rusiyanın beynəlxalq aləmdən tam təcrid olunmasını müdafiə edir. Lakin Ukraynanın hava sahəsini bağlamağın əlehinədir və bunun yüksək risklərinin olduğuna inanır.  

8. Keçmiş müdafiə naziri Penni Mordaunt: Britaniya tarixində müdafiə naziri vəzifəsini tutan ilk qadın - iki britaniyalı muzdlu Donetskdə edam cəzasına məhkum edildikdən sonra Kremli “qeyri-insanilik”də ittiham edib.  

9. Baş prokuror, Breksit-in qızğın tərəfdarı Svella Braverman: Ukraynada cinayətlərin araşdırılması ilə bağlı müqavilələr imzalayıb və Rusiyanın hərəkətlərinin nəticəsiz qalmayacağı ilə bağlı “aydın mesaj”ın müəllifi kimi Kiyevə səfər edib.  

10. Mühafizəkarlar Partiyasının keçmiş sədr müavini Rəhman Çişti: Breksit tərəfdarı və eynicinsli nikahın əleyhdarı, heç bir yerdə Rusiyaya münasibətini açıq şəkildə bildirməyib.  

11. Nəqliyyat naziri Qrant Şapps: Rusiyanın Şotlandiyanın müstəqillik referendumuna iddia edilən müdaxiləsi ilə bağlı xəbərlərdən sonra düşmən dövlətlərlə məşğul olmaq üçün əlavə səlahiyyətlər tələb edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO