NASA-dan TARİXİ AN - Kainatın ən uzaq görüntüsü - FOTO 

NASA-dan TARİXİ AN - Kainatın ən uzaq görüntüsü - FOTO 

Hazırda oxunan: NASA-dan TARİXİ AN - Kainatın ən uzaq görüntüsü - FOTO 

83355

Amerikanın Aeronavtika və Kosmos Agentliyinin (NASA) Ceyms Vebb kosmik teleskopu kainatın indiyə qədər əldə edilmiş ən uzaq fotosunu paylaşıb. 

Bizim.Media BBC-yə istinadən verdiyi xəbərə görə, teleskop Yer kürəsindən təxminən 1.5 milyon kilometr uzaqda bu görüntüləri əldə edib. 

NASA-nın Avropa və Kanada kosmik agentlikləri ilə birgə hazırladığı Vebb bu günə qədər düzəldilmiş ən güclü və böyük teleskop hesab edilən Habbl teleskopunun xələfi hesab edilir. 
6 illik hazırlıq dönəmindən sonra yayılan bu rəngli fotolar gələcəkdəki elmi araşdırmaların başlanğıcını təmsil edəcək. 

Bildirilir ki, teleskop gözləniləndən daha yaxşı performans nümayiş etdirib. 
Teleskopun əldə etdiyi görüntülər ABŞ prezidenti Co Baydenə də nümayiş etdirilib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO