İlon Maskın “SpaceX” kompaniyasına məxsus “Falcon 9” raketi növbəti “Starlink” mini-peyk qrupunu orbitə çıxarıb.
Bizim.Media kompaniyanın saytında yerləşdirdiyi məlumata istinadən xəbər verir ki, daşıyıcı raket bazar günü ABŞ Hərbi Hava Qüvvələrinin Vandenberq (Kaliforniya ştatı) meydançasından start götürüb. Yaxın yerətrafı orbitə daha 46 mini-peyk çıxarılıb.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 11 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, internet peyklərinin buraxılışı və istismarı 10 milyard dollara başa gələcək.
“Starlink” şəbəkəsi planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan yaradacaq.
2019-cu ilin mayından bəri kompaniya orbitdə 2,5 mindən çox “Starlink” peyki yerləşdirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:31 / 11.07.2022
“SpaceX” orbitə daha 46 internet peyki çıxardı
Hazırda oxunan: “SpaceX” orbitə daha 46 internet peyki çıxardı
Hazırda oxunan: “SpaceX” orbitə daha 46 internet peyki çıxardı
83279
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.