İsveç Türkiyəyə 10 PKK terrorçusunu verəcək – SİYAHI HAZIRLANDI

İsveç Türkiyəyə 10 PKK terrorçusunu verəcək – SİYAHI HAZIRLANDI

Hazırda oxunan: İsveç Türkiyəyə 10 PKK terrorçusunu verəcək – SİYAHI HAZIRLANDI

83209

İsveç Türkiyəyə ekstradisiya üçün 10 PKK üzvünün siyahısını hazırlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “TRT Haber” telekanalı yayıb.

Türkiyə İsveç və Finlandiya orqanlarına ekstradisiya tələblərini xatırladan məktub göndərib və sorğulara 33 PKK və FETÖ üzvü daxil edilib. 

Mənbə qeyd edir ki, İsveç hökuməti 2019-2022-ci illər arasında Türkiyənin 16 ekstradisiya ərizəsindən üçünü təsdiqləyib:

“Bu proses Üçtərəfli Təhlükəsizlik Müqaviləsi imzalandıqdan sonra sürətlənib”.

“İsveç mətbuatı yazır ki, ölkənin təhlükəsizlik xidməti PKK-nın 10 üzvünün siyahısını hazırlayıb. Bu siyahı Türkiyənin ekstradisiya tələblərini təmin etmək üçün istifadə oluna bilər”, - deyə telekanal aydınlıq gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO