Almaniya Ukraynaya 9 milyard avroluq yardım paketini əngəlləyir

Almaniya Ukraynaya 9 milyard avroluq yardım paketini əngəlləyir

Hazırda oxunan: Almaniya Ukraynaya 9 milyard avroluq yardım paketini əngəlləyir

83195

Almaniya hökuməti bir aydır ki, Ukraynaya Avropa İttifaqı ölkələrindən 9 milyard avroluq maliyyə yardımı paketini əngəlləyir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İtaliyanın “Corriere della Sera” nəşri anonim mənbələrə istinadən yayıb.

Mənbə yazır ki, Almaniyanın maliyyə naziri Kristian Lindner Avropa Komissiyasının Kiyevi Avropanın ümumi borcundan xilas etmək planlarına qarşı çıxır. Bu vəsait bir vaxtlar qlobal COVID-19 pandemiyasının təsirlərini aradan qaldırmaq üçün nəzərdə tutulmuşdu.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dan Ukraynaya növbəti YARDIM PAKETİ – Bu silahlar ilk dəfə göndəriləcək 


Nəşrin məlumatına görə, Ukrayna hakimiyyəti öz ölkəsinin iqtisadiyyatı və ordusu üçün ehtiyacı 5 milyard dollar dəyərində qiymətləndirir.

Bundan başqa, Ukrayna bu ilin sentyabrında ölkənin iflasını (defolt) elan edəcək.

Məqalə müəllifləri onu da qeyd edirlər ki, Almaniyanın mövqeyi Ukraynanın qəzəbinə və məyusluğuna səbəb olur. Kiyev hesab edir ki, Almaniya pul köçürmələrini ona görə ləngidir ki, gələcəkdə Avropaya təbii qaz tədarükünə zəmanət verəcək anti-Rusiya sanksiyalarının bir hissəsindən yan keçməyə ümid edir. 

Bundan əvvəl, iyulun 7-də bildirilmişdi ki, Avropa Komissiyasının büdcə orqanları Kiyevin borcunu ödəyə bilməyəcəyi qorxusu səbəbindən Avropa İnvestisiya Bankı vasitəsilə Ukraynaya 1,5 milyard avroluq yeni kreditin ayrılmasına mane olub.

CMS şirkətlər qrupunun maliyyə analitiki Vladimir Saqalaevin “İzvestiya”ya verdiyi məlumata görə, Kiyev əvvəllər orduya ildə 5,28 milyard dollar xərcləyirdi, indi isə Ukrayna Silahlı Qüvvələrinin maliyyələşməsi təkcə bir ayda 4,4 milyard dollara yüksəlib. Ölkənin bir aylıq büdcəsi 8,46 milyard dollara bərabərdir.
O, qeyd edib ki, Kiyevin bu qədər pulu əldə etmək üçün mənbəyi yoxdur, xüsusən də ölkə iqtisadiyyatı iflic vəziyyətinə düşüb. Onun fikrincə, kreditin yeni tranşını bloklamaq qərarı bu baxımdan məntiqli görünür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO