4 gündə 9 milyon yükləmə - ''Telegram'' gizlilik sığınacağına çevrilib

4 gündə 9 milyon yükləmə - ''Telegram'' gizlilik sığınacağına çevrilib

Hazırda oxunan: 4 gündə 9 milyon yükləmə - ''Telegram'' gizlilik sığınacağına çevrilib

8299

Son 4 gün ərzində ''Telegram'' istifadəçilərinin sayı 500 milyonu keçib.

Bizim.Media-nın məlumatına görə, bu barədə sosial şəbəkənin qurucusu Pavel Durov açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

''WhatsApp''ın məxfilik siyasəti ''Telegram''ın xeyrinə işlədi


Onun sözlərinə görə, son üç gündə mesajlaşma xidmətinə 25 milyon insan qoşulub. Onların 38 %  Asiyadan, 27 %  Avropadan, 21 % Latın Amerikası və 8% isə Yaxın Şərq və Şimali Afrikadandır.

Durov istifadəçi sayındakı artımın keçən ilə nisbətən əhəmiyyətli dərəcədə sürətləndiyini qeyd edib:

“İnsanlar artıq şəxsi məlumatlarını pulsuz xidmətlər əvəzində dəyişdirmək istəmirlər. Teleqram gizlilik və təhlükəsizliyə önəm verən rabitə platforması axtaranlar üçün ən böyük sığınacağa çevrilib”.

Məlumata görə, ''Telegram'' 2021-ci il yanvarın 6-dan 10-dək 9 milyon dəfə yüklənib.

İstifadəçilərin artmasının votsapın məxfilik siyasətindəki dəyişikliklə əlaqədar olduğu ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO