İran, Rusiya və Çin Venesuelada hərbi təlimlərə hazırlaşır

İran, Rusiya və Çin Venesuelada hərbi təlimlərə hazırlaşır

Hazırda oxunan: İran, Rusiya və Çin Venesuelada hərbi təlimlərə hazırlaşır

82882

"Azad və Təhlükəsiz Cəmiyyət" adlı Beyin Mərkəzi iyulun 5-də İran, Rusiya və Çinin Venesuelanın ev sahibliyi ilə Latın Amerikası və Karib dənizində hərbi təlimlərə hazırlaşması ilə bağlı xəbər yayıb.

Bizim.Media xəbər verir ki, "The Washington Free Beacon" saytı sözügedən mərkəzə istinadən yazıb ki, özünü Amerika ilə qlobal müharibənin bayraqdarı adlandıran Venesuelanın solçu hökuməti bu təlimlərə ev sahibliyi edəcək.

Qeyd olunan hərbi təlimlər avqustun ortalarında 10 ölkənin hərbi qüvvələrinin iştirakı ilə təşkil olunacaq.

Beyin mərkəzinin bildirdiyinə görə, Venesuela ilə İran arasında bu yaxınlarda imzalanmış 20 illik əməkdaşlıq sənədindən əlavə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da Amerikanın “arxa bağçasında” öz təsirini artırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO