Rusiya Dövlət Dumasının spikeri Consonu

Rusiya Dövlət Dumasının spikeri Consonu "təlxək" adlandırdı

Hazırda oxunan: Rusiya Dövlət Dumasının spikeri Consonu "təlxək" adlandırdı

82815

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Boris Consonu Rusiyanın dinc şəhərlərinin atəşə tutulmasında iştirakda ittiham edib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

Consonun Böyük Britaniyanın baş naziri postundan istefasını şərh edən Volodin yazıb: 

“Təlxək gedir... Zelenskinin yaxın dostu və himayədarı, Böyük Britaniyanın baş naziri Boris Conson vəzifəsini tərk etmək məcburiyyətində qaldı, bütün cəhdlərə və səylərə baxmayaraq, onda heç nə alınmadı. Bizim dinc şəhərlərimizin - Belqorodun, Kurskın atəşə tutulmasının arxasında Boris Conson dayanır”.

Dövlət Dumasının spikerinin sözlərinə görə, keçmiş baş nazir Rusiyaya qarşı müharibənin əsas ideoloqlarından biridir. 

“Avropa dövlətlərinin liderləri düşünməlidir ki, belə siyasət nəyə gətirib çıxarır”, - deyə Volodin qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO