Avropada daha bir anti-islam təxribatı - VİDEO

Avropada daha bir anti-islam təxribatı - VİDEO

Hazırda oxunan: Avropada daha bir anti-islam təxribatı - VİDEO

82812

Avropada anti-islam hücumlara yenisi əlavə edilib. 

Bizim.Media "NDTV"yə istinadən xəbər verir ki, İslam əleyhdarı kimi tanınan ifrat sağçı “SIAN” (Norveçin İslamlaşdırılmasını dayandırın) qruplaşmasının lideri Lars Torsen Norveçin paytaxtı Osloda Quranı yandırmaq üçün aksiya keçirib. 

Belə ki, müsəlmanların çoxluq təşkil etdiyi Mortensrud bölgəsində Quranı yandırıb yolun ortasına qoyan Torsen maşınına qayıdıb. O, avtomobilinə mindikdən sonra yenə eyni təxribata əl atıb. 

Daha sonra içərisində 2 qadının olduğu bir avtomobil Torsenin avtomobilini izləyərək onun qəza törətməsinə səbəb olub. 

Baş verən hadisədə 6 nəfərin yaralandığını açıqlayan polis qəsdən qəza törətməkdə təqsirləndirilən sürücü də daxil olmaqla 2 qadının saxlanıldığını bildirib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO