Zelenskinin həyat yoldaşı

Zelenskinin həyat yoldaşı "Time" jurnalının üz qabığına çəkildi – FOTO

Hazırda oxunan: Zelenskinin həyat yoldaşı "Time" jurnalının üz qabığına çəkildi – FOTO

82801

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Amerikanın məşhur “Time” jurnalının üz qabığına çəkilib. Nəşr onun müharibədə yaşadığı hekayəni dərc edib.

Bizim.Media “pravda.com.ua” saytına istinadən xatırladır ki, may ayında Ukrayna prezidenti Volodimir Zelenski ikinci dəfə Time jurnalının üz qabığında olub və indi jurnal onun həyat yoldaşına yer verib.

İyunun 20-də Ukraynanın birinci ledisi nəşrə ukraynalıların yaşadıqları müharibənin travması və onlara bu cür travmanın öhdəsindən gəlməyə kömək etmək cəhdləri barədə danışıb.

Time yazır ki, Zelenskaya özü də müharibənin travmasını yaşayır. Onun üçün bu, fevralın 24-də səhər tezdən başlayıb.

Rusiyanın Ukraynaya hücum edən gecə birinci xanım ailəsi üçün “narahat çamadan” hazırlamaq istəyib, lakin sonda bunu etməyib. Prezident də bu addımı atmayıb. Zelenski kəşfiyyat hesabatlarını görsə də rusların hücumuna inanmayıb.

Müharibənin başlaması Zelenski ailəsini parçalayıb, prezident ölkəyə rəhbərlik etmək üçün Kiyevdə qalıb, həyat yoldaşı isə iki uşaqla gizlənib.

Prezidentin həyat yoldaşı ayrılmaq istəməsə də, 9 yaşlı oğlu Kirill və 17 yaşlı qızı Aleksandranı qorumaq qərarına gəlib.

Qərb kəşfiyyat agentlikləri Zelenskiyə xəbərdarlıq ediblər ki, ruslar onu öldürmək və ya ələ keçirmək niyyətindədirlər. Prezident bildirib ki, düşmən onu 1 saylı, ailəsini isə 2 saylı hədəf seçib.

Zelenskaya və övladları ölkəni tərk etməyib və yeraltı “bunkerdə” gizlənməyib, Ukraynada qalıblar. Qətl riskini minimuma endirmək üçün Zelenskaya və uşaqları sosial şəbəkədən çıxıblar. Onlar özləri ilə mobil cihazları götürə və sosial media hesablarına daxil ola bilməyiblər.
Təhlükəsizlik məqsədilə ailəyə prezidentlə videobağlantı vasitəsilə əlaqə saxlamağa icazə verilməyib. Həftələrlə onlar yalnız əvvəlcədən təyin edilən təhlükəsiz telefon xətləri ilə əlaqə saxlayıblar. Amma uşaqlar atalarını daha çox televiziyada görüblər.

Zaman keçdikcə təhlükəsizlik protokolları rahatlaşıb və ailənin internetə çıxışına icazə verilib. Zelenskayanın ölkənin təhsil və səhiyyəsini yaxşılaşdırmaq layihələri, eləcə də ssenaristlik karyerası dayandırılıb. İşğaldan 10 həftə sonra Zelenskaya ictimaiyyət qarşısına çıxıb və özünü ölkəyə həm kollektiv, həm də şəxsi travmalarla mübarizədə kömək etməyə həsr edib.
8 May Analar Günündə Zelenskaya ABŞ-ın birinci xanımı Cil Bayden ilə Ukraynanın qərbində məcburi köçkün ailələri üçün sığınacağa çevrilən məktəbdə görüşüb. Həmin vaxtdan o, beynəlxalq arenada Ukraynanın müdafiəsinin fəal tərəfdarına çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO