Braziliya Ukraynada döyüşən 2 vətəndaşının öldüyünü təsdiqlədi – FOTO

Braziliya Ukraynada döyüşən 2 vətəndaşının öldüyünü təsdiqlədi – FOTO

Hazırda oxunan: Braziliya Ukraynada döyüşən 2 vətəndaşının öldüyünü təsdiqlədi – FOTO

82702

Braziliya Xarici İşlər Nazirliyi daha iki vətəndaşının Ukraynada ölməsi ilə bağlı məlumatı təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.

“Xarici İşlər Nazirliyi Braziliyanın Kiyevdəki səfirliyi vasitəsilə iyulun 1-də Ukrayna ərazisində iki Braziliya vətəndaşının bu ölkədəki münaqişədə həlak olması ilə bağlı məlumat alıb və bu çərçivədə hər cür köməklik göstərmək üçün onların yaxınları ilə əlaqə saxlayır”. Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir. 

Diplomatik qurum ölənlərin kimliyini açıqlamayıb. Ancaq yerli KİV-in məlumatına görə, söhbət Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Ərazi Müdafiəsi Legionunun sıralarına qoşulduqdan sonra Xarkovda həlak olan 40 yaşlı Duqlas Buriqot və 39 yaşlı Talite du Validən gedir. 
Mənbə yazır ki, onların hər ikisi hərbi təlim keçib. Vali bir vaxtlar İraqda olarkən snayperlik peşəsinə yiyələnib.

Eyni zamanda, həlak olanların yaxınları mətbuata bildiriblər ki, onların hər ikisi Ukraynaya humanitar məqsədlə gəliblər, ancaq sonda cəbhədə peyda olublar.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO