Rusiyada Daxili İşlər Nazirliyinin 3 generalı saxlanıldı - YENİLƏNİB

Rusiyada Daxili İşlər Nazirliyinin 3 generalı saxlanıldı - YENİLƏNİB

Hazırda oxunan: Rusiyada Daxili İşlər Nazirliyinin 3 generalı saxlanıldı - YENİLƏNİB

82551

Rusiyada Daxili İşlər Nazirliyinin üç generalı mənimsəmədə və ianə verməyə məcbur olmaqda şübhəli bilinərək dərhal saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb.

Mənbə yazır ki, Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Baş İdarəsinin rəisi Aleksey Semenov, Daxili İşlər Nazirliyinin region üzrə idarə rəisinin keçmiş müavini İvan Abakumov və daxili işlər nazirinin köməkçisi general-leytenant Sergey Umnov hələ 2020-ci ilin iyununda başlanmış vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı iş üzrə saxlanılıb. 

Saxlanılan generalların və Daxili İşlər Nazirliyinin aşağı rütbəli digər əməkdaşlarının evində axtarış aparılıb.

Müstəntiqlərin məlumatına görə, 2016-cı ildən 2020-ci ilə kimi Xarici İşlər Nazirliyinin Sankt-Peterburq Mərkəzi İdarəsinin rəhbərliyinin bir sıra məmurları DİN-in Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İdarəsinin Yardım Fondunun vəsaiti ilə şəxsi istifadə üçün əmlak alıblar.

İstintaq Komitəsinin mərkəzi aparatı Daxili İşlər Nazirliyinin üç generalına qarşı cinayət işini araşdırır.

Müstəntiqlərin fikrincə, saxlanılan generallar yerli iş adamlarına israrla yardım fonduna vəsait ayırmağı tövsiyə ediblər, sonradan bu vəsaitlər faktiki olaraq nəzarətsiz şəkildə müxtəlif polis tədbirlərinə xərclənib.  

*** 12:00

Rusiya daxili işlər nazirinin köməkçisi, general-leytenant Sergey Umnov Moskvada cinayət işi çərçivəsində saxlanılıb. 

Bizim.Media “Azadlıq” radiosuna istinadən xəbər verir ki, o, müvəqqəti saxlama təcridxanasındadır.

Umnov bundan əvvəl Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinə rəhbərlik edib.

Bu ərəfədə məlum olub ki, Rusiya İstintaq Komitəsinin mərkəzi aparatı tərəfindən başlanmış sui-istifadə cinayəti işində eyni anda Daxili İşlər Nazirliyinin üç generalı iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO