Böyük Britaniya uyğurlara görə Çinlə əlaqəni məhdudlaşdırır

Böyük Britaniya uyğurlara görə Çinlə əlaqəni məhdudlaşdırır

Hazırda oxunan: Böyük Britaniya uyğurlara görə Çinlə əlaqəni məhdudlaşdırır

8255

Rəsmi London uyğurlara təzyiq, onları müxtəlif yollarla sıxışdırdığına görə Çin ilə ticarət əlaqələrini sərtləşdirir.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, hökumətin bu qərarı barədə Böyük Britaniyanın XİN rəhbəri Dominik Raab parlamentdə çıxışı zamanı danışıb. 

Onun sözlərinə görə, Böyük Britaniya, BMT və müxtəlif qərb ölkələri uyğurların problemləri ilə bağlı Çinə dəfələrlə müraciət etsə də, Pekin bu informasiyaları təkzib edib. Bu səbəbdən Sintzyan-Uyğur rayonuna ixrac nəzarəti gücləndiriləcək. Dominik Raabın sözlərinə görə, adıçəkilən rayonun şirkətləri ilə də dövlət sazişləri qadağan olunacaq.

“Bu da isbatlayacaq ki, Britaniyaya hökuməti kimi şirkət və təşkilatları da uyğur, yaxud digər etnik azlıqların hüquqlarının pozulmasından xeyir güdmür və buna qarşıdır”deyə Britaniyalı nazir fikrini tamamlayıb.

Qeyd edək ki, ABŞ-da Çini uyğurları sıxışdırmaqda günahlandırıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO