Zelenski: “Sandu Krımı Ukraynanın ərazisi adlandırmaqdan çəkinmir”

Zelenski: “Sandu Krımı Ukraynanın ərazisi adlandırmaqdan çəkinmir”

Hazırda oxunan: Zelenski: “Sandu Krımı Ukraynanın ərazisi adlandırmaqdan çəkinmir”

8223

Vladimir Zelenski Moldova prezidenti Maya Sandunun Ukraynanın suverenliyi və ərazi bütövlüyü üçün verdiyi dəstəyi yüksək qiymətləndirdiyini söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı yayıb.

Zelenskinin sözlərinə görə, Sandu Krımı Ukraynanın ərazisi adlandırmaqdan çəkinmir. Ukrayna lideri bu barədə 12 yanvar çərşənbə axşamı “Twitter”də açıqlayıb.

Qeyd edək ki, dövlət başçısı Ukraynaya rəsmi səfərə gələn Sandunu Kiyevdə salamlayıb və bu ziyarətin Ukrayna ilə Moldova arasında yeni münasibətlərin başlanğıcı olduğunu vurğulayıb:

"Bizi ümumi Avropa gündəmindəki ortaq dəyərlər və mövqelər birləşdirir”.

Xatırladaq ki, Moldovanın yeni prezidenti Maya Sandu ilk xarici səfərini Ukraynaya edib.

Zelensky ilə görüşdə bir sıra müqavilələrin imzalanması gözlənilir.

Bundan əvvəl Sandu Kiyevə səfərinin məqsədini açıqlamışdı. O, ukraynalı həmkarı ilə bölgədəki təhlükəsizlik, Aİ yolunda islahatlar və sərhəd delimitasiyası barədə danışacağını demişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO