Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitə rəhbərinin müavini Natalya Poklonskaya Ukrayna xarici işlər naziri Dmitri Kulebanın “Krım Platforması” sammitində Rusiya nümayəndələrinin iştirakı ilə bağlı təklifini şərh edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.ru” saytı yayıb.
Deputatın fikrincə, Kiyev tərəfindən belə bir tədbirin keçirilməsi "yarımadada yaşayan bütün insanlara qarşı" beynəlxalq cinayətin törədilməsinə təhrik və hazırlıq kimi qiymətləndirilməlidir.
Poklonskaya vurğulayıb ki, Kiyev Krımı qaytarmaq istəyir, belə çıxır ki, çıxıb getməliyik və ərazini onlara verməliyik, çünki onlar belə istəyir.
NEWS.ru-nun əvvəllər yazdığı kimi, Kiyev may ayında görüş keçirməyi planlaşdırır. Kuleba vurğulayıb ki, Ukrayna tərəfi yalnız Rusiya Federasiyasının nümayəndələri ilə Krımın Rusiyanın yurisdiksiyasından çıxarılması və ərazidə Ukrayna suverenliyinin bərpası barədə danışacaq.
Rus siyasətçiləri buna cavab olaraq Krımı Ukraynanın yurisdiksiyasına qaytarmaq cəhdi ilə əlaqəli istənilən beynəlxalq formatın boşa çıxacağını bildiriblər.
Kiyevə bu cür siyasi sərgüzəştlərdən əl çəkməyi və Moskva ilə münasibətlərin bərpasını müzakirə etməyi təklif ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:27 / 12.01.2021
Poklonskaya Krımla bağlı ukraynalı nazirə cavab verdi: “Ərazini onlara verməliyik?”
Hazırda oxunan: Poklonskaya Krımla bağlı ukraynalı nazirə cavab verdi: “Ərazini onlara verməliyik?”
Hazırda oxunan: Poklonskaya Krımla bağlı ukraynalı nazirə cavab verdi: “Ərazini onlara verməliyik?”
8220
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.