Meksikada maraqlı toy mərasimi baş tutub.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən San Pedro Huamelula əyalətinin meri Viktor Hüqo Sosa şəhərə xeyir-dua gətirmək üçün dişi timsahla evlənib.
Ağ paltar geyindirilən və təhlükəsizlik tədbirləri üçün ağzı bağlı olan “gəlin” timsah mərasimə şəhər meri Sosanın qucağında gəlib. Həm özünün, həm də timsahın adından evlilik andı içən prezident Sosa alqışlarla timsahı öpüb.
Bildirilib ki, qeyri-adi hadisə Oaxaca əyalətinin Chontal və Huave yerli icmaları arasında keçmiş dövrlərə gedib çıxan təbiətin lütfü üçün xeyir-dua duasına əsaslanır.
Sakit okean sahilindəki qəsəbəyə xeyir-dua dilədiklərini deyən Sosa, "Təbiətdən kifayət qədər yağış, kifayət qədər qida və çayda kifayət qədər balıq diləyirik" – deyə söyləyib.
Bizim.Media