“Saudi Aramco” yenidən dünyanın ən bahalı şirkəti oldu

“Saudi Aramco” yenidən dünyanın ən bahalı şirkəti oldu

Hazırda oxunan: “Saudi Aramco” yenidən dünyanın ən bahalı şirkəti oldu

82124

Ukraynadakı münaqişə fonunda Səudiyyənin neft konserni “Saudi Aramco” 2022-ci ilin birinci yarısında Amerikanın Apple şirkətini qabaqlayaraq yenidən dünyanın ən bahalı şirkəti olub. 

Bizim.Media xəbər verir ki, bu barədə dpa agentliyi Ernst & Young (EY) beynəlxalq audit və konsaltinq şirkətinin araşdırmasına istinadən məlumat yayıb.

İyunun 30-na olan məlumata görə, Saudi Aramco-nun kapitallaşması 2,3 trilyon dollara çatıb. Keçən ilin sonunda dünyanın ən bahalı şirkəti olan Apple 2,2 trilyon dollar kapitallaşma ilə ikinci olub.

EY analitikləri yazır ki, Ukraynada müharibə başlayandan bəri dünya birjalarında qiymətlərin düşməsi birjada satılan yüz ən bahalı şirkətin reytinqini dəyişib. Birjalardakı turbulentlik ilk növbədə texnologiya şirkətlərinə ağır zərbə vurub, enerji korporasiyaları isə "intibah dövrünü yaşayıblar".

İlin əvvəlindən Ukraynada münaqişə fonunda 100 ən böyük şirkətin bazar kapitallaşması 17 faiz azalaraq 6,1 trilyon dollara düşüb.

Eyni zamanda, analitiklərin hesablamalarına görə, texnologiya nəhəngləri arasında azalma 28 faiz, neft-qaz sektorunda olan şirkətlər isə kapitallaşmalarını 19 faiz artırıblar.

EY reytinqində ilk onluğa Microsoft, Google-un ana şirkəti Alphabet, Amazon, Tesla, Berkshire Hathaway investisiya şirkəti, Unitedhealth sığorta şirkəti, Johnson & Johnson və Meta daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO