Türkiyə Silahlı Qüvvələrinin aviasiyası ölkədə baş verə biləcək güclü meşə yanğınlarında “ehtiyat güc” statusunda hazır dayanacaq.
Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi ilə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında protokol imzalanıb.
İmzalanan sənədə görə, Türkiyə Silahlı Qüvvələrinin 2 təyyarəsi və 18 helikopteri “ehtiyat güc” arsenalına daxil edilib. Hər biri 2,5 və 7,5 ton tutumunda olan "bambi baket" adı verilmiş plastik çənlər aviasiya vasitələrinin gücü ilə yanğın nöqtələrinə çatdırılacaq.
Pilotlar çənlərin necə daşınması və istifadə qaydalarına dair təlim keçiblər.
Qeyd edək ki, ötən il Türkiyədə tüğyan edən meşə yanğınları böyük sahədə yaşıllıq sahələri məhv edib. Hökumət belə risklərin bir daha olmaması üçün ciddi tədbirlər görürlər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:39 / 04.07.2022
Türkiyə aviasiyası meşə yanğınlarının söndürülməsinə cəlb olunacaq
Hazırda oxunan: Türkiyə aviasiyası meşə yanğınlarının söndürülməsinə cəlb olunacaq
Hazırda oxunan: Türkiyə aviasiyası meşə yanğınlarının söndürülməsinə cəlb olunacaq
82111
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.