Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, İsveç və Finlandiya Ankara qarşısında öhdəliklərini yerinə yetirməsə, Türkiyə NATO-ya üzv olmayacaq.
Bizim.Media “Star”a istinadən xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Madriddə keçirilən NATO sammiti ərəfəsində İsveç, Finlandiya və Türkiyə təhlükəsizlik memorandumu imzalayıblar.
Ölkələr terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirmək, o cümlədən Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı tədbirlər, məlumat mübadiləsi və ekstradisiya sazişi barədə razılığa gəliblər. Türkiyə daha əvvəl Stokholm və Helsinkinin PKK-ya dəstəyi ilə bağlı şübhələrini ifadə edərək, üzvlük prosesinin başlanmasını gecikdirmişdi.
"Etdiklərimiz Türkiyənin həm ölkə daxilində, həm də xaricdə nüfuzunu artırdı. Türkiyə hər mənada səsi eşidilən bir ölkəyə çevrildi. Nə dedik? İsveç və Finlandiya terroru dəstəkləyib. PKK-nın inkubatoru olsalar və digər terror təşkilatlarına qarşı çıxmasalar, o zaman onların NATO-ya üzv olmasına imkan verməyəcəyik”, - deyə Bozdağ bildirib.
Onun sözlərinə görə, “Türkiyənin istəkləri yerinə yetirildi” və proses hazırda davam edir.
"Türkiyə sözünün üstündə duran bir ölkədir. Onların bizə verdiyi vədlərə sadiq qalacaqlarını gözləməyə haqqımız var", - Bozdağ vurğulayıb.
Bozdağ Ankaranın İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyindən narazı olan Türkiyə müxalifəti haqda da danışıb:
“Onlar uğurumuzu təhrif etməyə çalışırlar”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:37 / 03.07.2022
İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməsə, NATO-ya üzv olmayacaq – TÜRKİYƏLİ NAZİR
Hazırda oxunan: İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməsə, NATO-ya üzv olmayacaq – TÜRKİYƏLİ NAZİR
Hazırda oxunan: İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməsə, NATO-ya üzv olmayacaq – TÜRKİYƏLİ NAZİR
82103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.