İzmirdə meşə yanğınları söndürüldü - YENİLƏNİB

İzmirdə meşə yanğınları söndürüldü - YENİLƏNİB

Hazırda oxunan: İzmirdə meşə yanğınları söndürüldü - YENİLƏNİB

82095

Türkiyənin İzmir əyalətinin Ödemiş rayonunda da meşə yanğını nəzarət altına alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə İzmir Meşə Regional Müdirliyi məlumat yayıb.

Saat 14.00-da bilinməyən səbəbdən başlayan yanğının söndürülməsinə 4 helikopter, 3 təyyarə və 20 yanğınsöndürən maşın cəlb olunub. Yanğının 149 dəqiqə ərzində nəzarət altına alındığı açıqlanıb.

Qeyd edək ki, yerli vaxtla saat 14.30-da Seferihisarda meşədə başlayan yanğın da nəzarət altına alınıb.

*** 18:00


Türkiyənin İzmir əyalətinin Ödemiş və Seferihisar rayonlarında meşədə yanğın olub.

Bizim.Media xəbər verir ki, Seferihisarda yanğın əsasən nəzarət altına alınıb, havadan və qurudan müdaxilə davam edir.

MÖVZU İLƏ BAĞLI:

İstanbulda meşədə yanğın söndürüldü  - YENİLƏNİB - VİDEO


Ödemiş rayonunda yanğının söndürülməsi üçün isə hadisə yerinə İzmir Meşə Regional Müdirliyinə məxsus 4 helikopter, 3 təyyarə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO