Xəbər verdiyimiz kimi, bu gecə Rusiyanın Belqorod sakinlərini silsilə partlayışlar oyadıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri “Toçka-U” ballistik raketləri və “Tu-143 Reys” pilotsuz təyyarələri ilə Belqorodun yaşayış məntəqələrinə zərbələr endirib, nəticədə 4 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu insidentə münasibət bildirib.
Onun sözlərinə görə, Rusiya indiyədək Ukraynanın hərəkətlərinə cavab verməkdən çəkinir, lakin vəziyyəti diqqətlə izləyir.
“Biz indiyədək belə addımlara cavab verməkdən çəkinmişik. Bu cür hərəkət edənlər bilməlidirlər ki, rəsmi Kiyev tərəfindən təxribatlar davam edərsə, onlar üçün yaxşı olmayacaq”,-
Zaxarova bildirib.
Bizim.Media