Vətənə xəyanət ittihamı ilə həbs edilən rusiyalı alim öldü

Vətənə xəyanət ittihamı ilə həbs edilən rusiyalı alim öldü

Hazırda oxunan: Vətənə xəyanət ittihamı ilə həbs edilən rusiyalı alim öldü

82073

Novosibirskli alim, fizika-riyaziyyat elmləri doktoru Dmitri Kolker 54 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS tibb dairələrindəki mənbəyə istinadən məlumat yayıb.

Alimin ölümü ilə bağlı məlumatı Tayqa.info mənbəyi də təsdiqləyib.

Dmitri Kolker mədəaltı vəzi xərçənginin dördüncü mərhələsində idi, o, Novosibirskdəki xəstəxanada müalicə olunurdu.

İyunun 30-da məhkəmə alimi dövlətə xəyanətdə şübhəli bilinərək həbs edib, bundan sonra o, xəstəxanadan birbaşa Moskvadakı Lefortovo istintaq təcridxanasına göndərilib.

Dmitri Kolker Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin və Novosibirsk Dövlət Universitetinin Lazer Fizikası İnstitutunun Kvant Optik Texnologiyaları Laboratoriyasının rəhbəri, habelə Novosibirsk Dövlət Texniki Universitetinin lazer sistemləri kafedrasının professorudur.

2018-ci ildə alim mühazirə oxumaq üçün Çinin Quyyang şəhərinə səfər edib. İlkin məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının sualları məhz bu materiallarla bağlı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO