“Bayraktar AKINCI” daha bir rekorda imza atdı

“Bayraktar AKINCI” daha bir rekorda imza atdı

Hazırda oxunan: “Bayraktar AKINCI” daha bir rekorda imza atdı

82056

“Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı (Taarruzi İnsansız Hava Aracı) növbəti test uçuşlarını uğurla həyata keçirərək daha bir rekorda imza atıb.

Bizim.Media Türkiyənin “Baykar Makine” şirkətinin rəsmi saytına istinadən xəbər verir ki, “AKINCI-B” Pilotsuz Döyüş Aparatı bu dəfə ümumilikdə 20 saat 23 dəqiqə uçuş edib.

Qeyd etmək lazımdır ki, istehsal etdiyi pilotsuz uçuş aparatlarının yükgötürmə qabiliyyətini artırmaq, uçuş məsafəsini və saatını uzatmaq, hədəfləri daha dəqiq aşkar etmək və vurmaq kimi üstünlüklər qazandırmaq Türkiyənin “Baykar Makine” şirkətinin başlıca hədəf strategiyasıdır.

Məhz bu cəhətlər əsasında aparılan yeniliklər “Bayraktar AKINCI”nı daha geniş tanıdır və ona cəlbediciliyi artırır.

Azərbaycanın iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2022” beynəlxalq taktiki-uçuş təlimlərdə “Bayraktar AKINCI”nın iştirakı da məhz bu uğurların nəticəsidir.

İndiyədək “Bayraktar AKINCI” TİHA üçün 4, “Bayraktar TB2” SİHA üçün 22 ölkə ilə ixracat anlaşması imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO