Rusiyanın Ukrayna sərhədində yerləşən bu şəhərində partlayış oldu

Rusiyanın Ukrayna sərhədində yerləşən bu şəhərində partlayış oldu

Hazırda oxunan: Rusiyanın Ukrayna sərhədində yerləşən bu şəhərində partlayış oldu

82051

Rusiyanın Ukrayna sərhədi yaxınlığında yerləşən Belqorod şəhərində bir neçə partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Belqorodda bir sıra partlayışların olduğunu təsdiqləyib.

"Hadisənin səbəbləri araşdırılır, ehtimal ki, hava hücumundan müdafiə sistemi işləyib", - deyə o yazıb.

Qladkovun sözlərinə görə, nəticədə üç nəfər ölüb, dörd nəfər yaralanıb.

“Hazırda dörd zərərçəkən var, iki nəfər xəstəxanaya aparılıb (bir kişi və 10 yaşlı uşaq). Üç nəfərin öldüyü təsdiqlənib”, - qubernator Telegram kanalında qeyd edib.

Rusiyada müntəzəm olaraq infrastruktur zərər çəkir. Məsələn, iyunun 20-də Rusiyanın Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz Suzemka kəndinin - guya Ukraynadan atəşə tutulduğunu elan edib. Ukrayna Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

Bundan əvvəl, iyunun 14-də Bryansk vilayətinin Klintsı şəhər rayonunun Zaymişe kəndində gurultulu partlayışlar, mayın 1-də isə Rusiya Müdafiə Nazirliyinin Belqorod vilayətindəki obyektlərindən birinin ərazisində yanğın baş verib.

Bu cür hadisələr Rusiyanın Ukraynaya hücum etmək qabiliyyətinə zərbə vurub. Məsələn, Böyük Britaniyanın Müdafiə Nazirliyi güman edib ki, Belqorod yaxınlığındakı sursat anbarında martın sonunda baş verən partlayışlar və bu şəhərdəki neft anbarının dağıdılması Rusiyanın Xarkova hücumlarını çətinləşdirə bilər.

Lakin Ukrayna hadisələrdə iştirakını birbaşa təsdiqləməyib. Məsələn, Ukrayna Təhlükəsizlik Xidmətinin katibi Aleksey Danilov Ukraynanın aprelin əvvəlində Belqoroddakı neft bazasında baş verən partlayışlarda əli olmadığını bildirib.

Onun sözlərinə görə, bu, yerli sakinlərin işidir, çünki fikir ayrılıqları var və Rusiyada cəmiyyət “nəyisə anlamağa” başlayır.

Bununla belə, aprelin sonunda Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna Rusiyadakı anbar və bazalara hücum etməklə özünü müdafiə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO