"Bəsic" qüvvələrinin mənzil-qərargahı PARTLADILDI

Hazırda oxunan: "Bəsic" qüvvələrinin mənzil-qərargahı PARTLADILDI

82029

İran İnqliab Keşikçiləri Qvardiyasının əsas bazası sayılan yarımhərbi “Bəsic” təşkilatının mənzil-qərargahında partlayış olub.

Bizim.Media xəbər verir ki, məlumatı “Iran International” saytı yayıb.

Məlumata görə, Tehranın cənub-şərqində yerləşən qərargahda azı 2 partlayış olub. Partlayışın videosu yayılıb. Orada mənzil-qərargahın binasından qalxan alov və tüstü aydın görünür.

Hadisənin məsuliyyətini İran hakimiyyətinə müxalif “Xalq Mücahidləri” təşkilatı öz üzərinə götürüb. İran bu qurumu terrorçu qrup olaraq tanıyır (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO