ABŞ-da “Telegram” messencerinin əhatə dairəsi genişlənir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Xəbərə görə, hazırkı prezident Donald Trampın “Twitter” səhifəsinin bloklanması və “Parler” sosial şəbəkəsinin bağlanmasından sonra “Telegram” hər gün daha da populyarlaşır.
MÖVZU İLƏ BAĞLI:
“Signal” ən güvənli, “Telegram” etibarsız, “Whatsapp” riskli - ARAŞDIRMA
Nəşrin araşdırmasına əsasən, bazar günü bu aplikasiya ABŞ-da ən çox yüklənən ikinci tətbiq olub.
“Çərşənbə günündən bəri yarım milyondan çox insan “Telegram” yükləyib. Bu da bir həftə əvvəllə müqayisədə üç dəfə çoxdur”,- deyə nəşr yazıb.
Endirmələrin sayı Trump tərəfdarlarının mesajlaşmasına keçidlə yanaşı, “WhatsApp”ın elan etdiyi yeni məxfilik siyasəti ilə də əlaqələndirilir.
Qeyd edək ki, “Twitter” "şiddətə təhrik riski" səbəbindən Trampın hesabını birdəfəlik dondurub.
Bizim.Media