Putin Ukraynanın hərəkətlərini “insanlığa qarşı cinayət” adlandırdı

Putin Ukraynanın hərəkətlərini “insanlığa qarşı cinayət” adlandırdı

Hazırda oxunan: Putin Ukraynanın hərəkətlərini “insanlığa qarşı cinayət” adlandırdı

81720

Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinin Donbass sakinlərinə qarşı siyasətini “soyqırım” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Onun sözlərinə görə, insanlığa qarşı bu cür cinayətlərin qarşısının alınması üçün adekvat və çevik hüquqi addımlar atılmalıdır.

Sankt-Peterburqda keçirilən Beynəlxalq Hüquq Forumunun iştirakçılarına müraciətində Kremlin sahibi deyib ki, Donbasda baş verənlər (Rusiyanın “xüsusi əməliyyatı” nəzərdə tutulur) yerli sakinləri soyqırımdan qorumaq üçündür:

“Kiyev rejiminin etdiyi hərəkətlərin insanlığa qarşı cinayətdən başqa heç bir tərifi yoxdur”.

O vurğulayıb ki, yalnız beynəlxalq hüquq normalarına davamlı şəkildə riayət etməklə dünyanın üzləşdiyi ən mürəkkəb problemləri həll etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO