“Microsoft”un qurucusu Bill Qeyts İtaliyanın paytaxtı “Piazza San Silvestro”nun mərkəzində 17-ci əsrə aid binanı 170 milyon dollara alır.
Bizim.Media xəbər verir ki, Qeyts malikanəni altı ulduzlu “Four Seasons” otelinə çevirmək üçün əlavə 120 milyon dollar xərcləməyi planlaşdırır.
Söhbət məşhur Trevi fəvvarəsinin bir neçə addımlığında yerləşən Palazzo Marinidən gedir. Bina 1650-ci ildə məşhur memar Covanni Lorenzo Bernini tərəfindən inşa edilib.
Burada zadəgan italyan ailələri yaşayırdı, sonra “Papa Tribunalı” yerləşdirilib. Sarayın damından Romaya möhtəşəm panorama mənzərəsi açılır.
Bill Qeytsin sövdələşməsində tərəfdaş Səudiyyə kralının qardaşı oğlu, şahzadə Əl-Valid ibn Təlal Əl Səuddur. “Microsoft”un qurucusu ilə birlikdə “Four Seasons” lüks otellər şəbəkəsinə sahibdirlər.
İş adamları artıq 21 milyon dollar avans veriblər. Bundan əvvəl onlar Venesiyada “Danieli” otelini almaq istəsələr də, şəhər rəhbərliyi sövdələşməni təsdiqləməyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:09 / 29.06.2022
Bill Qeyts 170 milyon dollara Romanın mərkəzində saray alır – FOTO
Hazırda oxunan: Bill Qeyts 170 milyon dollara Romanın mərkəzində saray alır – FOTO
Hazırda oxunan: Bill Qeyts 170 milyon dollara Romanın mərkəzində saray alır – FOTO
81511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.