G7-nin növbəti sammiti Xirosimada keçiriləcək - BU TARİXDƏ

G7-nin növbəti sammiti Xirosimada keçiriləcək - BU TARİXDƏ

Hazırda oxunan: G7-nin növbəti sammiti Xirosimada keçiriləcək - BU TARİXDƏ

81370

Yaponiyanın Baş naziri Fumio Kişida Almaniyada keçirilən G7 sammitində 2023-cü ildə keçiriləcək sammitin tarixini və yerini açıqlayıb. Beləliklə, G7 sammiti 2023-cü il mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kyodo yayıb.

Mənbə yazır ki, yer seçimi Yaponiyanın nüvə tərksilahı məsələlərində fəal rol oynamaq əzmini nümayiş etdirmək istəyi ilə bağlıdır. 

Yaponiya sonuncu dəfə G7 sammitinə 2016-cı ilin may ayının sonunda Mie prefekturasında ev sahibliyi edib. Daha sonra Xirosimada assosiasiyanın xarici işlər nazirlərinin toplantısı keçirilib. Elə həmin il Barak Obama şəhərə gəlib və Xirosimaya səfər edən ilk ABŞ prezidenti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO