Kanada pedolifiliyanı rəsmiləşdirdi

Kanada pedolifiliyanı rəsmiləşdirdi

Hazırda oxunan: Kanada pedolifiliyanı rəsmiləşdirdi

8137

Birləşmiş Millətlər Təşkilatı Kanadada “uşaq evlilikləri”nin rəsmi olduğunu və hələ də davam etdiyini bilirir.

Kanadanın Montreal şəhərində yerləşən McGill Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada 2018 və 2020-ci illər arasında ölkədə yetkinlik yaşına çatmamış şəxslərin evlənməsi ilə bağlı 3600 rəsmi fakt qeyd alınıb.

Faktlar rəsmi qurumlar tərəfindən verilən nikah şəhadətnamələri əsasında müəyyən edilib.

Araşdırmanın nəticələri “Population and Development Review” adlı beynəlxalq akademik jurnalda dərc edilib.

Tədqiqatın nəticələrinə əsasən yetkinlik yaşına çatmamış şəxslərə nikah şəhadətnamələrinin verilməsində hər hansı uyğunsuzluq və qanun pozuntusuna rast gəlinməyib.

Nikah şəhadətnamələri rəsmi qurumlar tərəfindən verilib.

Rəsmi olaraq nikaha daxil olan cütlüklər arasında yetkinlik yaşına çatmamış qızlar üstünlük təşkil edir (təxminən 85%). Bu cür evliliklər əsasən yaşca daha böyük kişilərlə həyata keçirilir.

Məqalədə Kanadada sosial və tibbi sığorta sahəsindəki bərabərsizliyin daha çox gənc qızlara təsiri və onları erkən evliliklərə vadar etdiyi qeyd olunur.

Araşdırmanın nəticələri ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Kanada hökümətinə öz narahatlığını ifadə edib.

Bu cür faktların bütün dünyada uşaq istismarına və yetkinlik yaşına çatmayan şəxslərin evləndirilməsinə qarşı fəaliyyətə zərər verdiyi qeyd olunub. Kanadada baş verənlərin dünyanın başqa ərazilərindəki “uşaq istismarı” faktlarından fərqlənmədiyinə diqqət çəkilib.

Kanada rəsmiləri isə problemi dünyada qəbul olunmuş ümumi qanunlara müxtəlif ştatlardakı yerli qanunvericik arasındakı problemdən qaynaqlandığını qeyd edir.

2030-cü il üçün nəzərdə tutulan inkişaf strategiyasında hökümətin bu amili ciddi şəkildə nəzərə almalı olduğu vurğulanıb.

Rəvan Əliyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO