ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri Ukraynanın bütün ərazilərinə nəzarəti bərpa edə biləcəyinə şübhə edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Jurnalistlərin fikrincə, Ağ Ev rəsmiləri Ukraynanın müharibənin dörd ayında itirdiyi bütün torpaqları nə vaxtsa geri qaytara biləcəyinə əmin deyillər. Hətta ABŞ və müttəfiqlərinin Kiyevə tədarük etməyi planlaşdırdığı daha ağır və təkmil silahlar belə, çətin ki, bu işdə kömək etsin.
CNN-in istinad etdiyi adı açıqlanmayan ABŞ rəsmiləri vurğulayıblar ki, bu bədbin qiymətləndirmə ABŞ-ın sülh üçün Rusiyaya hər hansı formal ərazi güzəşti anlamına gəlmir.
Buna baxmayaraq Amerika hərbçilərinin məqalədə verdiyi qiymətləndirmələr də çox bədbindir.
“Qərb kəşfiyyatı ilə tanış olan ABŞ hərbi rəsmisi deyib ki, Ukraynanın itirdiyi bütün əraziləri geri almaq üçün lazım olan qüvvələri toplaya bilməsi ehtimalı azdır”, deyə Zelenski xatırladıb.
CNN onu da qeyd edir ki, ABŞ tərəfinin Ukraynaya növbəti 450 milyon dollarlıq hərbi yardım paketi ayırmasına baxmayaraq, ABŞ və onun müttəfiqləri uğurlu əks-hücum üçün Kiyevi zəruri olan həcmdə silahla təmin edə bilmir.
CNN-in məlumatına görə, hazırda Ukraynanın qərbli müttəfiqləri sovetin silah və sursatlarını alıb Kiyevə ötürmək üçün bütün dünyada “ova çıxıblar”.
Rəsmi bildirib ki, “Sovet dövründən qalma silahlar, sözün əsl mənasında dünyanın hər yerindən süpürülərək Kiyevə göndərilir”.
Bizim.Media