“Biz bu dağıdıcı müharibəni mümkün qədər tez dayandırmaq və diplomatik həllə üstünlük vermək çağırışımızı bir daha təkrar edirik”.
Bizim.Media Anadolu agentliyinə istinadən xəbər verir ki, bu fikirlər rus ordusu tərəfindən Kremençukdakı ticarət mərkəzinin atəşə tutulmasından sonra Türkiyə Xarici İşlər Nazirliyi bəyanatında yer alıb.
Yazılı açıqlamada Kremençukda mülki vətəndaşların olduğu ticarət mərkəzinin raketlərlə atəşə tutulduğu, nəticədə çoxlu sayda insanın öldüyü və yaralandığı böyük kədərlə ifadə edilib.
Bəyanatda vurğulanıb ki, son günlər müxtəlif şəhərlərdə, o cümlədən Ukraynanın paytaxtı Kiyevdə mülki yaşayış məntəqələrini hədəfə alan atəşlər bir daha müharibənin amansız və təcili sülhə ehtiyacı olduğunu göstərir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:23 / 28.06.2022
Rəsmi Ankara Moskvaya səsləndi: “Ukraynadakı müharibəni dərhal dayandırın”
Hazırda oxunan: Rəsmi Ankara Moskvaya səsləndi: “Ukraynadakı müharibəni dərhal dayandırın”
Hazırda oxunan: Rəsmi Ankara Moskvaya səsləndi: “Ukraynadakı müharibəni dərhal dayandırın”
81261
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.