“Baykar” şirkəti Ukraynaya 3 “Bayraktar TB2” PUA-sı hədiyyə etdi

“Baykar” şirkəti Ukraynaya 3 “Bayraktar TB2” PUA-sı hədiyyə etdi

Hazırda oxunan: “Baykar” şirkəti Ukraynaya 3 “Bayraktar TB2” PUA-sı hədiyyə etdi

81229

Türkiyənin “Baykar” şirkəti Ukraynaya üç “Bayraktar TB2”  (pilotsuz uçan aparat) PUA-sı hədiyyə edib. 

Bu barədə Bizim.Media-ya “Baykar” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Ukrayna xalqının öz vətənlərini müdafiə etmək məqsədi ilə “Bayraktar TB2”  PUA-sını əldə etmək üçün “Xalq Bayraktarı” adı ilə təşkil edilən ianə kampaniyasının çox qısa müddətdə uğurla başa çatdığını öyrəndik.

Uşaqdan böyüyə “Bayraktar TB2” PUA –sını almaq üçün toplanan ianə qəbul edilməyəcək, çünki şirkət tərəfindən PUA –lar Ukrayna xalqına hədiyyə edilib.

İctimai xadimlər, jurnalistlər, sənətçilər, futbolçular, iş adamları, sadə insanlar, hətta uşaqlar da bu kampaniyanın uğurlu keçməsi üçün böyük və ya kiçik ianə edərək ölkələrinə dəstək oldular.

Vətənpərvər Ukrayna xalqının qarşıya qoyduğu məqsədə çatmaq istəyi, həmrəylik ruhu da bizi heyran etdi. “Baykar” olaraq toplanan ianələrlə alınması nəzərdə tutulan 3 ədəd “Bayraktar TB2” PUA -sını heç bir ödəniş etmədən Ukraynaya bağışlayırıq. Bu məqsəd üçün toplanan bütün ianələrin Ukraynanın şərəfli xalqının xeyrinə istifadə olunmasını xahiş edirik.

“Baykar” olaraq ədalətli həll arzuladığımızı hörmətlə bildirir və davamlı sülh üçün dua edirik”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, ötən həftə Sergey Pritula və İqor Laçenkovun təşkil etdiyi “Xalq Bayraktarı” layihəsi çərçivəsində ukraynalılar “Bayraktar TB2” PUA-sı almaq üçün üç gün ərzində 600 milyon qriven toplayıblar.

Ancaq Türkiyənin “Baykar” şirkəti Ukraynaya üç TB2 PUA-sını bağışlamaq qərarına gəlib. İstehsalçı bu barədə öz Twitter səhifəsində məlumat verib.

Ümumiyyətlə, ukraynalılar dörd TB2 üçün pul toplayıblar, lakin ilkin hədəf üç pilotsuz təyyarə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO